Modern.az

Deputat Heydər Əliyevlə ABŞ səfərindən danışdı

Deputat Heydər Əliyevlə ABŞ səfərindən danışdı

Aktual

11 May 2020, 23:22

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ADA Universitetində və ADA Məktəbində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın iştirakı ilə onlayn müzakirələr keçirilib.

 

Modern.az-ın məlumatına görə, deputat ADA Universiteti tələbələrinin iştirakı ilə keçirilən videomüzakirə Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və beynəlxalq platformalardakı uğurlu çıxışlarından bəhs edib.

Qənirə Paşayeva bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın güclənməsində savadlı, peşəkar və xalqını sevən gənclərin vacib rol oynadığına inanıb.

Heydər Əliyevi bir çox xarici səfərlər zamanı müşayiət etdiyini nəzərə çatdıran Qənirə Paşayeva Azərbaycan nümayəndə heyətinin tərkibində ABŞ səfərini xüsusilə vurğulayaraq, onun jurnalistlərlə müxtəlif mövzular ətrafında səmimi müzakirələr apardığını bildirib və Heydər Əliyevi jurnalistlərin dostu kimi qiymətləndirib.

 

ADA tələbələrinin suallarını cavablandıran deputat Heydər Əliyevin irsini öyrənməyin vacibliyini vurğulayıb. “Heydər Əliyevin şəxsi keyfiyyətləri - əzmi, qətiyyəti, iradəsi, cəsarəti və uzaqgörənliyi onun lider kimi yetişməsinə səbəb olan vacib amillərdəndir”, - deyən Q.Paşayeva, gənclərə xalqımızın keçmişini dərindən araşdırmağı tövsiyə edib.

 

Onlayn müzakirənin moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ümummilli liderin gənclərimizə örnək olduğunu vurğulayıb və ADA tələbələri qarşısında xatirələrini bölüşən deputata minnətdarlığını bildirib.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu