Modern.az

Nazirlikdə elektron arayış xidmətlərinin sayı artırılır  

Nazirlikdə elektron arayış xidmətlərinin sayı artırılır  

Aktual

12 May 2020, 10:58

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 240 min şəxsə elektron arayış verilib.

 

Naizirlikdən Modern.az-a verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 240 min şəxsə elektron qaydada arayış verilib.

 

Vətəndaşlar hər hansı quruma müraciət etmədən, həmin arayışları Nazirliyin e-arayış xidmətlərindən istifadə edərək əldə ediblər.

 

Nazirliyin əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə, qurumun e-arayış xidmətlərinin sayı15-ə çatıb. Həmin e-arayış xidmətləri iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları e-qaydada əldə edə bilməyə imkan yaradıb.

 

Bu il Nazirlik tərəfindən daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması işləri aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu