Modern.az

ABŞ İranı ittiham edib

ABŞ İranı ittiham edib

Aktual

12 May 2020, 15:28

Birləşmiş Ştatlar İranı məhbuslarını geri qaytarmaq istəmədiyi üçün ittiham edib. Vaşinqton on bir iranlını Tehrana qaytarmağa hazırdır və onları aparmaq üçün xartiya reysinin göndərilməsini tələb edir. Modern.az xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti direktorunun vəzifələrini icra edən Ken Kuçinelli öz Twitter səhifəsində yayıb.

Onun sözlərinə görə, ABŞ neçə aydır ki, ölkədə qanunsuz yaşayan alim Sirus Əsgərini İrana qaytarmaq istəyir. Amma İrandan hələ də səs-soraq  çıxmadığına görə Kuçinelli ölkənin öz vətəndaşlarını geriyə qaytarmaq istəmədiyini bildirib.

Kuçinelli Twitter səhifəsində “Siz vətəndaşlarınızın hamısını geri qaytarmaq istədiyinizi deyirsiniz. Boş söhbətdi. Bəlkə az danışıb, bunun üçün pul xərcləyəsiniz?” – yazaraq, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə müraciət edib. 

İran tərəfi təyyarə göndərdiyi təqdirdə Vaşinqton yalnız 11 vətəndaşı geri göndərə biləcək. Bundan əvvəl İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii Tehranın məhbusların dəyişdirilməsi ilə bağlı Vaşinqtonla danışıqlara hazır olduğunu bildirmişdi.      


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu