Modern.az

İranda daha 48 nəfər koronavirusdan öldü

İranda daha 48 nəfər koronavirusdan öldü

Aktual

12 May 2020, 15:34

İranda ötən sutka ərzində daha 48 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

 

K.Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 6 733 nəfərə yüksəlib.

 

Nazirlik rəsmisi əlavə edib ki, ötən 24 saat ərzində daha 1 481 nəfərin koronavirusa yoluxması ilə İranda bu virusa 110 767 nəfərin yoluxması öz təsdiqini tapıb. Virus daşıyıcılarından 2 713 nəfərin vəziyyəti ağırdır.

 

Cahanpur İranda indiyədək 88 357 nəfərin koronavirusdan sağaldığını deyib. Ötən 24 saat ərzində ölkədə 31 vilayətindən 14 vilayətində ölüm halı qeydə alınmayıb. 5 vilayətdə isə bir ölüm halı qeydə alınıb.

 

İranda koronavirusun diaqnozu ilə əlaqədar 615 mindən çox test həyata keçirilib.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu