Modern.az

İrəvanda etiraz AKSİYASI

İrəvanda etiraz AKSİYASI

Aktual

12 May 2020, 17:39

İrəvanda Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirilir.

 

Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, aksiya iştirakçıları ölkədə kredit təşkilatlarının yüksək faiz dərəcələrinə etiraz edirlər.

 

Qeyd olunur ki, aksiyanın təşkilatçısı Manuel Manukyan Mərkəzi Bankın düzgün işləmədiyini deyib. Onun sözlərinə görə, hətta büdcənin icrası barədə hesabat da düzgün təqdim olunmur:

 

"Bütün hüquq-mühafizə orqanlarına müraciət edirəm. Bildirirlər ki, kənd təsərrüfatı sahəsinə 300 milyon yönəldilib, amma əslində belə bir şey yoxdur. Bu vəsait fırıldaq yolu ilə kommersiya banklarının mülkiyyətinə çevrilib. Bu haqda faktlarım var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu