İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 172 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, İtaliyada koronavirusdan ölənlərin ümumi sayı 30 911 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində 1 402 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 221 216 nəfər təşkil edir.
Məlumata görə, indiyədək İtaliyada 109 039 nəfər insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.