Fransada koronavirusdan ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, son sutka ərzində daha 348 nəfər bu virusun qurbanına çevrilib.
Fransanın Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək ölkə ərazisində virusa yoluxan 26 991 nəfər həyatını itirib.
Son 24 saatda 802 nəfər koronavirusa yoluxub, bununla da ümumilikdə virusa yoluxanların sayı 178 225-ə çatıb.
Məlumata görə, 17 003 nəfər xəstəxanalarda, 9988 nəfər isə qocalar evlərində ölüb. 21 595 nəfər hazırda xəstəxanalardadır. Son sutka ərzində daha 670 nəfər xəstəxanaya yerləşdirilib.
Reanimasiyalarda olan xəstələrin sayı da azalır. Hazırda burada 2542 nəfər var.