ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxan təxminən 100 uşaq və yeniyetmədə COVID-19-la əlaqəli olduğu ehtimal edilən iltihablı sindrom üzə çıxıb.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.
Endrü Kuomo qeyd edib ki, əvvəlcə uşaqların bu virusa yoluxmadığını düşünüblər: "İndi bizi güclü şəkildə narahat edən problemlə mübarizə aparırıq. Bizdə COVID-19-la bağlı olduğu görünən iltihab xəstəliyinin təxminən 100 yoluxma hadisəsi var. Nyu-York ştatında koronavirusla əlaqəli olduğu ehtimal edilən iltihab sindromundan üç uşaq ölüb. Biz 5 və 7 yaşlı oğlanları və 18 yaşlı qızı itirdik. Xəstəliyə yoluxanların 5%-i 1 yaşa qədər körpələr, 18%-i 1-4 yaşlı körpələr, 29%-i 5-9 yaşlı uşaqlar, 28%-i 10-14 yaşlı yeniyetmələr, 16%-i 15-19 yaşlı, 4%-i isə 20-21 yaşlı gənclərdir".