Rusiya paytaxtında koronavirusdan ölənlərin sayı artıb.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvada koronavirusa yoluxan daha 53 nəfər dünyasını dəyişib.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 1 232 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada indiyədək 232 243 nəfərdə koronavirus aşkar olunub, son sutkada daha 10 899 nəfər bu virusa yoluxub. Ölənlərin sayı isə 2116 nəfərdir, indiyədək 43 512 nəfər də sağalıb.