Modern.az

Daha bir ölkə fövqəladə vəziyyət rejimini ləğv etdi

Daha bir ölkə fövqəladə vəziyyət rejimini ləğv etdi

Aktual

13 May 2020, 08:55

Yeni Zelandiya hakimiyyəti martın 25-dən tətbiq edilən fövqəladə vəziyyət rejimini ləğv edib.

 

Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumatına görə, bu barədə ölkənin mülkü müdafiə naziri Peeni Xenare bildirib.

 

Hazırda Yeni Zelandiyada ümumimilli keçid dövrü elan edilib.

 

Keçid dövrü, mayın 13-ü yerli vaxtla günorta saat 12:00-dan (04:00 GMT+4) qüvvəyə minib və növbəti 90 gün ərzində ölkə daxilində tətbiq ediləcək.

 

Keçid dövründə mülki müdafiə və fövqəladə hallar idarəsinin rəhbəri Sara Stüart-Blekə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə qoyulan məhdudiyyətlər qaldırıldıqdan sonra ən qısa müddətdə ölkənin infrastrukturunu və iqtisadiyyatını bərpa etmək üçün geniş səlahiyyətlər veriləcək.

 

Yeni Zelandiyada indiyədək 1 497 koronavirusa yoluxma halı aşkarlanıb, 1 402 nəfər sağalıb, 21 nəfər dünyasını dəyişib. Ölkədə virusun yaratdığı xəstəlikdən 2 nəfər stasionar, daha 72 xəstə isə ambulator müalicə alır. Son 48 saat ərzində ölkədə yeni bir infeksiya aşkar edilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...