Modern.az

ABŞ-da koronavirusa yoluxan azərbaycanlıların sayı AÇIQLANDI

ABŞ-da koronavirusa yoluxan azərbaycanlıların sayı AÇIQLANDI

Aktual

13 May 2020, 09:05

“Qaynar xətt” nömrələrinə daxil olan məlumatlara əsasən ABŞ-da yaşayan 17 azərbaycanlının koronavirusa yoluxduğu müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə deyib.

 

Konsul bildirib ki, virusa yoluxan həmvətənlərimizin vəziyyəti yaxşıdır və onlar artıq xəstəxanalarda müalicələrini yekunlaşdıraraq evə buraxılıblar: “ABŞ tərəfindən ölkə ərazisində koronavirusa yoluxan vətəndaşlarımızın sayı barədə səfirliyə rəsmi məlumat təqdim edilməyib. “Qaynar xətt”ə daxil olan zənglərə əsasən virusa yoluxan 17 həmvətənimizin 16-ı sağalıb, 1 nəfər isə vəfat edib. Vəfat edən şəxs Nyu-York ştatında torpağa tapşırılıb”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu