Modern.az

İnstaqramda yeni funksiya tətbiq olundu

İnstaqramda yeni funksiya tətbiq olundu

Aktual

13 May 2020, 09:12

İnstaqram sosial şəbəkəsi yeni funksiyalar tətbiq etdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bundan sonra istifadəçilər bir çox xoşagəlməz şərhi bir anda silə və eyni zamanda bir neçə insanı blok edə biləcəklər.

 

“Artıq eyni anda bir neçə şərhi silə və bir neçə insanı blok və ya məhdudlaşdıra bilərsiniz”, - sosial şəbəkənin Tvitterində yazılıb. 

 

Bu yenilik “mənfi şərh axınının öhdəsindən gəlməyin çox çətin olması” ilə izah olunur. Sosial şəbəkədən bildiriblər ki, ilk rəylərə görə, istifadəçilər yenilikdən razıdırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu