Modern.az

Bakı polisi əməliyyat keçirdi, narkotik alverçisi saxlanıldı

Bakı polisi əməliyyat keçirdi, narkotik alverçisi saxlanıldı

Aktual

13 May 2020, 11:04

Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

 

Modern.az-ın məlumatına görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cu (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmma) maddəsi ilə məhkum olunmuş Baba Pənahov saxlanılıb.

 

Üzərinə baxış keçirilərkən ondan 1, 850 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu