Türkiyədə son sutka ərzində daha 55 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 007 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 635 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 144 749 nəfərə çatıb. Müalicə olunan 2 315 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 104 030 nəfər koronavirusdan müalicə olunub".