Modern.az

İtaliyada 31 368 nəfər koronavirusdan ölüb

İtaliyada 31 368 nəfər koronavirusdan ölüb

Aktual

14 May 2020, 21:16

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 262 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, son bir sutkada İtaliyada koronavirusdan ölənlərin sayı 262 nəfər artaraq 31 368 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində 992 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 223 096  nəfər təşkil edir.

Məlumata görə, indiyədək İtaliyada 115 288 nəfər insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu