Modern.az

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycana vəsait ayırdı

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycana vəsait ayırdı

Aktual

15 May 2020, 00:45

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasının iqtisadi nəticələrini minimuma endirmək üçün 800 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Modern.az "Report"ya istinadən xəbər verir ki, bu barədə IOC prezidenti Tomas Bax açıqlama verib.

O bildirib ki, vəsaitin 650 milyon dolları Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması ilə əlaqədar xərclərin qarşılanmasına, 150 milyon dolları isə xüsusi fonddan olimpiya hərəkatına, federasiyalara və milli olimpiya komitələrinə kredit formasında sərf olunacaq.

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu