Modern.az

“Ömrümdə bir dəfə rüşvət vermişəm” - Keçmiş konsul Xeyrəddin Qoca

“Ömrümdə bir dəfə rüşvət vermişəm” - Keçmiş konsul Xeyrəddin Qoca

Aktual

15 May 2020, 09:36

“Ömrümdə bir dəfə rüşvət vermişəm”. Modern.az-ın məlumatına görə, bu sözləri sabiq deputat, eks-konsul Xeyrəddin Qoca son günlər rüşvətxorluğa qarşı aparılan işləri nəzərdə tutaraq deyib. O, rüşvət verməsinin səbəblərini də açıqlayıb.

“Yayda, 38 dərəcə istidə, ürəyim də ağrıyır, getdim bir poliklinikaya - sağlamlıq haqqında arayış almağa. Ayaq üstə durmağa taqətim qalmamışdı. 7-8 həkimdən necə keçim? İstədim baş həkimdən xahiş edim, tez versinlər, o da hələ gəlməmişdi. Dedilər baş həkimi neynirsən, get 10 nömrəli otağa, arayışını al. Getdim, içəri girən kimi cavan bir qız soruşdu: "Arayış lazımdır?". Dedim, bəli. Qız qorxu-hürküsüz dilləndi: "20 manat!" Sevindim! 50 manat da istəsə, verəcəkdim... Pulu verən kimi, möhürlü arayışı verdi mənə. Öz-özümə fikirləşdim ki, ömrüm boyu adi işlər üçün o qədər qapılarda qalmışam ki!.. Rüşvət vermək nə "gözəl" şeymiş... İşim bir dəqiqədə düzəldi!
Bu təəssüratla evə gəlib, bir kiçik satira yazdım. Axırını belə bitirdim: "Rüşvət vermək nə gözəl işdir! Pulunuz varsa, vaxtında rüşvət verin, işinizi düzəldin. Mənim kimi aylarla, illərlə qapılarda gözləməyin".
Yazdığımı da kitabımda çap etdirdim...”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!