Modern.az

Karantin qaydalarını pozan sürücülərin sayı AÇIQLANDI

Karantin qaydalarını pozan sürücülərin sayı AÇIQLANDI

Aktual

15 May 2020, 11:00

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar son sutka ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb. 

 

BDYPİ-dən Modern.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14 may 2020-ci il, saat 00:00-dan 15 may 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 958 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu