Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti Zamiq Əliyevlə görüşüb.
Modern.az-ın məlumatına görə, Qənirə Paşayeva Mədəniyyət komitəsi adından musiqi sənətimizin inkişafında əvəzsiz xidmətləri olan tarzən Zamiq Əliyevi doğum günü və yubileyi münasibəti ilə təbrik edib. Eyni zamanda geniş fikir mübadiləsi aparılıb.
Komitə sədri Xalq artistinə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib.