Modern.az

Azərbaycanın bu universiteti beynəlxalq Mərkəzə üzv oldu

Azərbaycanın bu universiteti beynəlxalq Mərkəzə üzv oldu

Aktual

15 May 2020, 12:25

Azərbaycan Texniki Universiteti (AzTU) daha bir uğura imza atıb.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, AzTU MDB ölkələrinin Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzinə üzv seçilib. AzTU mərkəzin üzvü olaraq elmin inkişafına töhfə verməklə yanaşı, birgə elmi simpoziumlar, seminarlar və konfransların təşkilində, həmçinin beynəlxalq layihələrdə iştirak etmək imkanı qazanacaq.

 

Qeyd edək ki, mərkəz 2009-cu ildə Rusiyanın Dubna şəhərində üzv ölkələr arasında innovasiya, tədqiqat və təhsil əlaqələrinin inteqrasiyasına kömək məqsədilə yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...