Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

15 May 2020, 12:36

Mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi,  lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu  gecə 12-17, gündüz  26-31, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz:

 

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu