Modern.az

Dünyanın ən yaraşıqlı kişisi idman etmək istəmir

Dünyanın ən yaraşıqlı kişisi idman etmək istəmir

Aktual

15 May 2020, 14:09

Vaxtilə dünyanın ən yaraşıqlı kişisi adına layiq görülmüş britaniyalı aktyor Robert Pattinson Betmen roluna görə idman etməkdən imtina edib.
Modern.az xəbər verir ki, aktyor daim fiziki formada olmaq üçün idman məşqləri edən həmkarlarını “yaranan problemin bir hissəsi” kimi görür.

“Son dövrdə bir nümunə yaratmısız. 70-ci illərdə heç kim gərgin idman məşqləri etmirdi. Hətta Ceyms Din də çox əzələli deyildi”, - deyə aktyor bildirib.

Pattinson bir neçə gün əvvəl Qadın-pişik rolunu ifa edəcək Zoi Kravislə də danışdığını deyib. Aktrisa ona həftədə beş dəfə idman məşqi etdiyini söyləyib. Pattinson isə demək olar ki, heç nə etmədiyini qeyd edir.

34 yaşlı aktyorun Qotem-Sitidən olan milyarder Bryus Uynin macəralarından bəhs edən yeni trilogiyasında Betmen roluna təsdiqlənməsi 2019-cu ilin mayında məlum olmuşdu. “Warner Bros” kino şirkəti Pattinson və digər ingilis aktyor Nikolas Holt arasında seçim etmək istəsə də, filmin rejissoru “Alatoranlıq”ın ulduzunu çəkməyə israrlı olub. Pattinson isə “Betmen” iflasa uğradığı halda qeyri-adi, böyüklər üçün nəzərdə tutulmuş arthaus kinosuna keçəcəyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu