Modern.az

Rayonlara leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Rayonlara leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Aktual

15 May 2020, 14:15

Milli Hidrometeorologiya Xidməti faktiki hava ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, mayın 15-i səhərədək  ölkə ərazisində hava şəraiti  əsasən yağmursuz keçib, lakin mayın 14-də Böyük Qafqazın bəzi yerlərində qısamüddətli yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

 

Düşən yağıntının miqdarı Girdimançay-Qaranohurda (İsmayıllı) 48 mm (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 34 mm, Dəmiraparançayda (Qəbələ) 17 mm, İsmayıllı, Sarıbaşda (Qax) 5 mm, Qəbələ, Şamaxıda 2 mm olub.

 

Şimal-qərb küləyi Naftalanda 18 m/s, Salyanda 16 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 17 m/s-dək güclənib.

 

Girdimançay-Qaranohurda xırda dənəli dolu düşüb.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-21, aran rayonlarında 22-31 dərəcə isti, dağlıq rayonlarda 19 dərəcəyədək, Naxçıvan MR-da 22-27 dərəcə isti olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu