Modern.az

“Boeing” Səudiyyə Ərəbistanına 1000-dən artıq raket verəcək

“Boeing” Səudiyyə Ərəbistanına 1000-dən artıq raket verəcək

Aktual

15 May 2020, 14:42

Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçısı olan “Boeing” kompaniyası Səudiyyə Ərəbistanı hökuməti ilə 1000-dən artıq raket istehsalı və təchizatı üçün müqavilə bağlayıb. Modern.az xəbər verir ki, xarici mətbuat bu xəbəri Pentaqonun məlumatlarına əsasən, yayıb.     

Şirkət 650 qanadlı “SLAM-ER” hava raketi və 402 “Harpoon Block II” gəmi əleyhinə raket istehsal edəcək.

“SLAM-ER”-in istehsalı və təchizatı 1,971 milyard dollar təşkil edəcək. 402 “Harpoon Block II” raketi isə Səudiyyə Ərəbistanına başqa müqavilə əsasında daxil olacaq. Bu raketlərin ümumi məbləği isə 656,9 mln. dollar dəyərindədir. Müqaviləyə, əsasən, raketlərin istehsalı 2026-cı ilin dekabrında başa çatacaq.      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu