Modern.az

Bayram günləri və həftəsonları üçün məhdudiyyətlər tətbiq edilə bilər

Bayram günləri və həftəsonları üçün məhdudiyyətlər tətbiq edilə bilər

Aktual

15 May 2020, 17:48

İndiyədək aparılan testlərin 1,3 faizi pozitiv hallarla nəticələnib. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, testlər əsasən, simptomlar müşahidə edilən şəxslər, xaricdən ölkəyə qayıdanlar, həkimlər, xəstələrlə təmasda olanlar arasında aparılır.


TƏBİB sədri deyib ki, növbəti mərhələlər bağlı bayram günləri və həftə sonları üçün məhdudiyyətlər tətbiq edilə bilər.

R.Bayramlı qeyd edib ki, məhdudiyyətlər üçün yoluxma sürəti, çarpayı sayı və gündəlik yoluxma nəzərə alınacaq:

"Yumşalmaya gedilsə də, vətəndaşlarımız zəruri olmadıqca küçəyə çıxmaları, fəaliyyətinə icazə verilən yerlərə getməmək tövsiyə edilir. Bu qaydalara riayər etməyən obyekt sahibləri cinayət məsuliyyətinə cəlb ediləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu