Modern.az

Xocavəndin icra başçısı videomüşavirə keçirib - FOTO

Xocavəndin icra başçısı videomüşavirə keçirib - FOTO

Aktual

15 May 2020, 17:57

Xocavənd Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib.

 

Modern.az xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov, RİH başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, idarə və təşkilat müdirləri iştirak edib.


Prezident İlham Əliyevin mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı etdiyi nitq haqqında geniş məlumat verən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Cənab Prezidentin çıxışında qoyulan bütün tapşırıqlardan, qeyd edilən iradlardan hər bir dövlət məmuru gündəlik fəaliyyətində öz vəzifələrini müəyyən etməlidir.

 

İcra başçısı Başçı keçirilən bütün tədbirlərdə və görüşlərdə İlham Əliyev tərəfindən mühüm mesajların, tapşırıq və tövsiyələrin verildiyini qeyd etdi. Əlavə olaraq qeyd etdi ki, Cənab Prezidentin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərini, həyata keçirilən layihələr haqqında məlumatları biz hamımız ətraflı öyrənməliyik və əhaliyə çatdırılmalıyıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu