Modern.az

Prezident Türkiyə hökuməti ilə imzalanmış Sazişi təsdiqlədi

Prezident Türkiyə hökuməti ilə imzalanmış Sazişi təsdiqlədi

Aktual

15 May 2020, 18:58

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.



Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır