Modern.az

DİN-in Baş İdarəsində kadr təyinatı oldu

DİN-in Baş İdarəsində kadr təyinatı oldu

Aktual

15 May 2020, 19:57

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev vəzifədən azad edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Y.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

 

Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!