Modern.az

Şəhid oğlu bədbəxt hadisə nəticəsində öldü  

Şəhid oğlu bədbəxt hadisə nəticəsində öldü  

Aktual

15 May 2020, 20:03

Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində boğulan şəxsin kimliyi bilinib.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Dalğıc-axtarış qrupu  tərəfindən Ceyranbatan su anbarında batan şəxsin meyiti sudan çıxarılıb.

“Report”un məlumatına görə, mərhumun Laçın rayonunun Minkənd kəndindən məcburi köçkün, 41 yaşlı Fariz Təhməzov olduğu müəyyənləşib.

Onun ərazidə qoyun otardığı və suya düşən quzunu xilas edərkən göldə boğulduğu bildirilir.

F.Təhməzovun atası Hidayət Təhməzov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.  

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu