Modern.az

“Neftçi”nin koronavirus testinin nəticəsi açıqlandı

“Neftçi”nin koronavirus testinin nəticəsi açıqlandı

Aktual

15 May 2020, 22:55

“Neftçi”nin kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən dünən və bu gün koronavirus (COVİD-19) testi verib.  

Modern.az klubun saytına istinadən məlumat verir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb.  

Kollektivin heç bir üzvündə testin nəticəsi pozitiv çıxmayıb.

Qeyd edək ki, “Neftçi”nin bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!