Modern.az

Təhsil naziri şöbə müdirini işdən çıxardı

Təhsil naziri şöbə müdirini işdən çıxardı

Aktual

16 May 2020, 00:19

Goranboy rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov vəzifəsindən azad edilib.

Modern.az  "Qafqazinfo"ya istinadən  xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, S.Məmmədov Goranboyun sabiq icra başçısı Nizaməddin Quliyevin dövründən həmin postu tuturdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu