Modern.az

Avropada futbol çempionatı bərpa olunur

Avropada futbol çempionatı bərpa olunur

Aktual

16 May 2020, 00:56

Bu gündən Avropada futbol çempionatı bərpa olunacaq.

 

Modern.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan 53 çempionat arasında ilk Almaniya Bundesliqasında oyunlar başlayacaq.

 

İki aylıq məcburi fasilədən sonra başlayan oyunlar boş tribunalar önündə keçiriləcək. Məlumata görə, XXVI turun qarşılaşmaları üç günü əhatə edəcək. İlk gündə 6 qarşılaşma olacaq. 5 görüş eyni anda start götürəcək ki, onlardan birində Rur derbisi reallaşacaq. Çempionluğa iddia edən "Borussiya" Dortmundda "Şalke"ni qəbul edəcək.

Lider "Bavariya" bir gün sonra ortabablar sırasında qərarlaşan "Yunion Berlin"in qonağı olacaq. Tura Bremendə "Verder"lə "Bayer" arasındakı matçla yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...