Modern.az

Türkiyə Azərbaycan vətəndaşlarına ölkəyə daxil olmalarına icazə verdi

Türkiyə Azərbaycan vətəndaşlarına ölkəyə daxil olmalarına icazə verdi

Aktual

16 May 2020, 13:27

Türkiyə hökuməti Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib.

 

Modern.az xəbər verir ki, bununla əlaqədar Türkiyə Səhiyyə Nazirliyinin müvafiq qərarı dərc olunub.

 

Qeyd olunur ki, Azərbaycanla yanaşı, daha 30 ölkənin vətəndaşına Türkiyəyə müalicə məqsədi ilə gəlmək icazəsi verilib. Bu ölkələr sırasında Böyük Britaniya, Almaniya, Rusiya, Gürcüstan, Niderland, Qazaxıstan və digər ölkələr yer alıb.

 

Qaydalara əsasən, xəstə ilə yanaşı, bir nəfər də sərhədi keçə bilər.

 

Bununla belə, Türkiyəyə yalnız koronavirus testi mənfi nəticələnmiş xəstələr və yaxınları buraxılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu