Modern.az

Göygöldə yeniyetmə oğlan çayda boğuldu

Göygöldə yeniyetmə oğlan çayda boğuldu

Aktual

16 May 2020, 20:01

Göygöl rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pənahlılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, 13 yaşlı Hüseynov Ömər Tural oğlu kənd ərazisində mal-qara otaran zaman ehtiyatsızlıqdan körpünün üstündən çaya düşüb.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu