Gürcüstanda daha 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb
Modern.az “Report”a istinadən xəbər verir ki, yeni yoluxma halları Bolnisi rayonunda qeydə alınıb.
Bununla da qonşu ölkədə COVİD-19-a yoluxanların ümumi sayı 683-ə çatıb. Onların 419-u artıq sağalıb, 12-si isə dünyasını dəyişib.
Karantində 3 822, stasionar nəzarətdə isə 360 nəfər saxlanılır.