Modern.az

İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağalıb

İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağalıb

Aktual

16 May 2020, 20:40

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 153 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, son bir sutkada İtaliyada koronavirusdan ölənlərin sayı artaraq 31 763 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində 875 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 224 760  nəfər təşkil edir.

Məlumata görə, indiyədək İtaliyada 122 810 nəfər insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu