Modern.az

Ermənistanda koronavirusa rekord yoluxma

Ermənistanda koronavirusa rekord yoluxma

Aktual

16 May 2020, 21:08

“Ermənistan koronavirusa yoluxma hallarının artım tempinə görə dünya rekordu vurub”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin keçmiş baş naziri Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb.

Hrant Baqratyan qeyd edib ki, bu gün Ermənistanda koronavirusa yoluxanların sayı 4283-ə çatıb: “Gün ərzində 239 nəfər yoluxub. 5,9% artım - deyəsən, dünya rekordudur və ya ən pis nəticələrdən biri. Müqayisə üçün, eyni gündə dünyada yeni yoluxanların artımı orta hesabla 2,2 faiz, ABŞ-da - 1,8 faiz, Rusiyada - 3,8 faiz, Türkiyə, İranda 1 faizdən az, Gürcüstanda 0,3 faiz, Azərbaycanda 1,5 faizdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu