Modern.az

Türkiyədə koronavirusa yoluxanların əksəriyyəti sağalıb

Türkiyədə koronavirusa yoluxanların əksəriyyəti sağalıb

Aktual

16 May 2020, 21:50

Türkiyədə son sutka ərzində daha 41 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 096 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 610 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  148 067 nəfərə çatıb. Müalicə olunan 2 004  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  108 137 nəfər koronavirusdan müalicə olunub".


Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?