Kanada Səhiyyə Nazirliyi koronavirusa (COVID-19) qarşı hazırlanan vaksinin ilk sınağının keçirilməsinə icazə verib.
Modern.az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo bəyan edib.
Onun sözlərinə görə, testlər Dolhauz Universitetinin Vaksinologiya mərkəzində keçiriləcək:
“Əgər həyata keçirilən peyvənd sınaqları müvəffəqiyyətlə nəticələnsə, peyvəndi ölkəmizdə istehsal edib əhaliyə paylayacağıq”.