Modern.az

Ziya Məmmədovun qardaşı oğlu işdən çıxarıldı

Ziya Məmmədovun qardaşı oğlu işdən çıxarıldı

Aktual

16 May 2020, 23:25

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin bu gün verdiyi əmrlə Baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Məmmədov Namiq Nəriman oğlu vəzifəsindən azad edilib.

 

Baş prokirorun digər əmri ilə N.Məmmədov kiçik vəzifəyə təyin edilib.

 

Bundan sonra o, FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi çalışacaq.

 

Qeyd edək ki, əvvəllər Daxili işlər orqanlarında çalışan N.Məmmədov sabiq Baş prokuror Zakir Qaralovun uzun illər köməkçisi olub və onun ən yaxın adamlarından biri hesab edilib.(BakuPost)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu