Modern.az

Bakıda xaricilər liftdə qaldı

Bakıda xaricilər liftdə qaldı

Aktual

18 May 2020, 09:23

Bakıda yaşayış binaların birində xarici ölkə vətəndaşları liftdə qalıb.

 

Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

 

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin (onlardan 2-si xarici ölkə vətəndaşıdır) liftdən çıxarılması təmin edilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu