Modern.az

Bakıda narkotik alverçiləri saxlanıldı

Bakıda narkotik alverçiləri saxlanıldı

Aktual

18 May 2020, 10:25

Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, 1986-cı il təvəllüdlü Mehman Quliyev tutulub.

 

Modern.az xəbər verir ki, onun üzərindən 0,327 qram marixuana aşkar edilərək götürülüb.

 

Sabunçu rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşları tərəfindən 1991-ci il təvəllüdlü Elçin Ağayev saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 0, 41 qram metamfetamin, 6 bükümdə olan 0,431 qram heroin götürülüb.

 

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini 1983-cü il təvəllüdlü İbrahim Abbasov saxlanılıb.

 

Onun evinin həyətində avrotexniki qaydalarla qulluq olunmuş 4 ədəd çətənə kolu aşkar edilib. Hər 3 faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu