Meksikada ötən sutka daha 2075 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 132 nəfər virusdan vəfat edib.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 49 219-a, ölənlərin sayı isə 5177-yə yüksəlib.
Qeyd edək ki, Meksikada koronavirusa yoluxmalar və ölüm halı son günlər sürətlə artır.
T.İSMAYIL