Modern.az

İranda koronavirusdan ölənlərin sayı 7 mini ötdü

İranda koronavirusdan ölənlərin sayı 7 mini ötdü

Aktual

18 May 2020, 13:55

İranda son sutkada daha 69 nəfər koronavirus pandemiyasından həyatını itirib.

 

Modern.az xarici KİV-ə  istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 7 057 nəfər olduğunu deyib.

 

O bildirib ki, daha 2 294 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 122 492 nəfərə çatıb.

 

K.Cahanpur 95 661 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.

 

O, həmçinin 2 712 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu