Bayram günləri məhdudiyyətlərin olmağı mütləq deyil.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu barədə sadəcə bir çağırış olub:
"Bayram və istirahət günlərində əhalinin iş günü olmadığı üçün onlara tövsiyə olunur ki, zərurət olmadığı halda çölə çıxmasınlar. Amma bununla bağlı konkret qadağa yoxdur".