Modern.az

Qobu Park yaşayış kompleksinin içməli su problemi həll edilir - FOTO

Qobu Park yaşayış kompleksinin içməli su problemi həll edilir - FOTO

Aktual

18 May 2020, 18:26

“Azərsu” ASC məcburi köçkünlərin yaşadığı Qobu Park yaşayış kompleksini dayanıqlı içməli su ilə təmin etmək üçün yeni alternativ magistral su kəməri inşa edib.

 

Bu barədə Modern.az-a qurumdan bildirilib.

 

Məlumata görə, 2018-2019-cu illərdə istifadəyə verilmiş Qobu Park 1 və 2 yaşayış massivlərində zəruri kommunal infrastrukturlar yaradılıb. Qəsəbənin içməli su təminatı Kür-Bakı kəmərindən ayrılmış magistral xətt hesabına aparılıb. Yaxın vaxtlarda Qobu Park 3 yaşayış massivinin istifadəyə verilməsilə suya tələbat artacaq. Bu baxımdan məcburi köçkün şəhərciyinə yeni magistral su kəmərinin inşası qərara alınıb. Layihəyə əsasən, kompleksə içməli su Oğuz-Qəbələ-Bakı su kəmərindən ayrılan magistral xətdən veriləcək. Bu məqsədlə Qobu kəndi ərazisindən başlayaraq Qobu Park yaşayış kompleksinə 225 mm diametrli polietilen borularla 5,4 km uzunluğunda magistral su xətti çəkilib. Artıq kəmərin tikintisi yekunlaşıb və kompleksin su anbarlarına birləşdirilib.

 

Hazırda magistral kəmərdə hidravlik sınaq işləri aparılır və kəmər yuyulub dezinfekasiya edildikdən sonra istismara buraxılacaq. Yeni alternativ kəmərin inşası Qobu Park yaşayış kompleksində yaşayan məcburi köçkünlərin içməli su təchizatının tam dayanıqlığını təmin edəcək. Gələcəkdə xətlərin hər hansı birində planlı fasilə və ya qəza baş verdikdə sakinlər normal rejimdə içməli su ilə təmin olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu