Modern.az

Elmar Məmmədyarovun həmsədrlərlə videokonfrans formatında görüşdü - FOTO

Elmar Məmmədyarovun həmsədrlərlə videokonfrans formatında görüşdü - FOTO

Aktual

18 May 2020, 19:04

Mayın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videokonfrans formatında görüş keçirib.

 

Xarici İşlər Nazirliyindən (XİN) Modern.az-a verilən məlumata görə, görüşdə həmçinin Fransa və ABŞ həmsədrlərinin köməkçiləri iştirak ediblər.

 

Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər.

 

Tərəflər, pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu