Modern.az

UEFA İcraiyyə Komitəsinin iclası təxirə salındı

UEFA İcraiyyə Komitəsinin iclası təxirə salındı

Aktual

18 May 2020, 19:18

UEFA İcraiyyə Komitəsinin mayın 27-nə planlaşdırılan onlayn iclası təxirə salınıb.

 

Modern.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, videokonfrans iyunun 17-də keçiriləcək.

 

İclasın vaxtı AVRO-2020-nin gələn ilə təxirə salınması səbəbindən turnir üçün təklif olunan stadionlarla bağlı problemlərin müzakirəsinə görə dəyişdirilib.

 

Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu