Modern.az

Daha 8 terrorçu zərərsizləşdirildi

Daha 8 terrorçu zərərsizləşdirildi

Aktual

18 May 2020, 20:15

Türkiyənin təhlükəsizlik qüvvələrinin Qars bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib.

Modern.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində reallaşdırdığı “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgəyə keçmək istəyən terrorçu qrupa da zərbə vurulub.

Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bu əməliyyatda 2 PKK/YPG terrorçusu məhv edilib.

Nazirliyin yaydığı digər bir informasiyada bildirilir ki, Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Hakurk bölgəsində yerləşən PKK düşərgələrinə dəqiq zərbələr endirib. Nəticədə 3 terrorçu zərərsizləşdirilib.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu