Modern.az

İtaliyada koronavirusdan ölənlərin sayı ilk dəfə 100-dən aşağı düşdü

İtaliyada koronavirusdan ölənlərin sayı ilk dəfə 100-dən aşağı düşdü

Aktual

18 May 2020, 20:49

İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 99 nəfər dünyasını dəyişib.


Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla da ölkədə pandemiyadan ölənlərin sayı 32 007-yə çatıb.

 

İtaliyanın  Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha  451 nəfər artıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 225 886  nəfərə çatıb.

 

Pandemiyanın başlanğıcından indiyədək 127 326 xəstə sağalıb.

 

Qeyd edək ki, İtaliyada pandemiyanın yarandığı vaxtdan indiyədək koronavirusdan bir gündə ölənlərin sayı ilk dəfə 100-dən aşağı olub.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu